AMEA Aşqarlar Kimyası İnstitutunda aparılan dünya səviyyəli tədqiqatların mühüm nəticələri təqdim olunub

381

AMEA Aşqarlar Kimyası İnstitutunda beynəlxalq əməkdaşlıq çərçivəsində dünya səviyyəsində aparılan müştərək elmi tədqiqatların əsas nəticələrinə həsr olunan seminar keçirilib. “Qlobal xətəliklərə qarşı enzim-izoenzim inhibitorların yaradılması” mkövzusunda təqdimatla çıxış edən İnstitutun icraçı direktoru, tədqiqt Qrupunun Azərbaycan tərəfindən kordinatoru kimya elmləri doktoru Əfsun Sucayev bildirdi ki, son illər kimya, fizika, biologia və tibbin bir-biri ilə əlaqəli sahələrində səmərəliliyin artirılması üçün multidissiplinar (fənlərarası) tədqiqatlara geniş yer verilir: “Ona görə ki, bu sahədə elə fundamental nəzəri və tətbiqi məsələlər vardır, onların həll olunmasında bir elmi istiqamət üzrə yanaşma özünü dogrultmur və qənaətbəxş nəticə əldə olunmur. Belə məsələlərə kompleks elmi yanaşma tələb olunur və görünən odur ki, XXI əsrin ən uğurlu elmi nəticələri – ixtira və kəşfləri də, məhz biokimya, farmakologiya, klinik kimya və sair elmlərin qovuşduğu tədqiqatlarda əldə olunur. Əgər hər il kimya, fizika, fiziologiya və tibb elmləri üzrə Nobel mükafatına layiq görülən dünya alimlərinin elmi işlərinə nəzər yetirsək görərik ki, onlar da bu və ya digər formada ayrı-ayrı fənnlərin qovuşduğu sahələrə aiddir. Elə Amerikalı Pol Modriç və İsveçli Tomas Lindal ilə birlikdə DNT-nin bərpası işinə görə dünya elminin ən ali mükafatı ilə dəyərləndirilən türk əsilli Əziz Səncərin elmi kəşfi kimya elmi üzrə rəsmiləşsə də, əslində dünya elminə verilən həmin töhfədə kimya, fiziologiya və tibbin ortaq elementlərini görə bilirik”.

O bildirdi ki, ən mühüm elmi nailiyyətlərdə multidissiplinar tədqiqatların rolunu nəzərə alan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Aşqarlar Kimyası İnstitutu (AKİ) alimləri hələ illər öncə bu elmi tədqiqat müəssisəsinin əsas profilinə uyğun apardıqları tədqiqatlar nəticəsində həm də müəyyən etmişdirlər ki, sintez etdikləri biosid aşqarlar neft məhsullarını mikrobioloji zədələnmədən mühafizə etməklə yanaşı, başqa sahələrdə də bioloji (fizioloji) fəallıq göstərir. Hətta onlardan bir neçəsi sənaye və tibdə uğurla tətbiq də olunmuşdur.

Tədqiqat Qrupunun rəhbəri qeyd etdi ki, bu keçmiş təcrübədən çıxış edərək 2015-ci illərdən patoloji hallara qarşı fizioloji fəal maddələrin yaradılması və tədqiqi istiqamətində dünyanın bir çox aparıçı ölkələrin nüfuzlu elmi mərkəzləri ilə beynəlxalq tədqiqat qrupu yaradılmış və tibbin, kimyanın aktual mövzularında müştərək tədqiqatlar aparılmaqdadır: “İndiyə qədər AMEA Aşqarlar Kimyası İnstitutunda sintez olunan 300 yeni fizioloji fəal maddələrin canlı orqanizmlərdə antioksidant aktivliyi, karbon anhidrat I və II izoenzimləri üzərində inhibitor təsirləri tədqiq edilmiş və yüksək təsirə malik olmaları müəyyən edilmişdir.  Tədqiq olunan maddələr qlobal xarakter alan xəstəliklərdən bədxassəli şiş (xərçəng), şəkərli diabet, qlaukoma, Alzheimer (yaddaşitmə, ağıl zəifliyi) xəstəliyinə səbəb olan pataloji proseslərə potensila dərman maddəsi təsiri göstərirlər. Tədqiq olunan birləşmələrin bəziləri standart dərman kimi tətbiq olunan tokoferol və α-troloks preparatlarına nisbətən 10 dəfə yüksək təsirə malikdir”.

Ə.Sucayev ABŞ, Portuqaliya, Türkiyə, İtaliya, Rusiya, Belarus və sair ölkələrin ayrı-ayrı elm mərkəzləri ilə aparılna ortaq tədqiqatlar əldə olunan mühüm elmi nəticələr, onların dərc olunduğu nüfuzlu jurnallar, həmin elmi nəticələrə dünya ailmləri göstərdiyi maraq haqqında ətraflı məlumat verdi, qarşıda dayanan hədəfləri sadaladı. Sonra çoxsaylı sualları cavablandırdı.

PAYLAŞ