AMEA Aşqarlar Kimyası İnstitutunda bayram tədbiri keçirildi

515

29 dekabr 2021-ci il tarixində AMEA akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü  və Yeni İl Bayramı münasibətilə tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan Aşqarlar Kimyası İnstitutunun baş  direktoru akademik Vaqif Fərzəliyev ilk öncə 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunmasının tarixi barədə  barədə danışdı. O qeyd etdi ki, məhz Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün bayram kimi qeyd olunması barədə qanun qəbul edilmişdi.

Akademik Fərzəliyev bu bayramın bütün azərbaycanlılar üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı, belə ki Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli mənəvi dəyərlərimizə hörmət və Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.

Daha sonra İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay İsmayılova və  İnstitutun Azad Həmkarlar Təşkilatı Komitəsinin sədri Elxan İsakov mövzu ətrafında çıxış etdilər.

PAYLAŞ