AMEA Aşqarlar Kimyası İnstitutunda doktorant və dissertantların ixtisas fənnindən minimum imtahanı keçirilib

385

Azərbaycan Milli Elmlər Akademiyası akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda fəlsəfə və elmlər doktoru hazırlığı üzrə təhsil alan dissertant və doktorantların “Üzvi kimya” və “Neft kimyası” ixtisasları üzrə minimum imtahanları keçirilib.

İmtahan verən namizədlər onlara ayrılan 2,5 saat müddətində Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi fən proqramlarına uyğun olaraq müvafiq ixtisas fənnindən və yerinə yetirdiyi dissertasiya mövzusu üzrə elmi tədqiqatın nəzəri əsaslarından sualları yazılı şəkildə cavablandırıblar.

PAYLAŞ