AMEA Aşqarlar Kimyası İnstitutunda I kurs magistrantların yay imtahan sessiyası davam edir

854

Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunda təhsil alan I kurs magistrantların yay imtahan sessiyası davam edir. Ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar magistrantların imtahanları “Zoom” platforması üzərindən onlayn təşkil olunur. İndiyə qədər magistrantlar qeyri ixtisas və ixtisas olmaqla “Ali məktəb pedaqoqikası, “Üzvi kimyada fiziki tədqiqat üsulları”, “Fəlsəfə”, “Üzvi kimyanın nəzəri məsələləri”, “Psixologiya” fənlərindən artıq müvafiq imtahanları müvəffəqiyyətlə başa çatdırıblar. Bu gün “Zərif üzvi sintez II” ixtisas fənnindən sınağa çəkilən magistrantlar şifahi olaraq 5 sual cavablandırıblar.

Magistrantlar 6 iyul tarixində “Sterokimya” fənnindən sonuncu imtahanı verməklə yay sesiyasını başa vuracaqlar.

PAYLAŞ