AMEA Aşqarlar Kimyası İnstitutunda keçirilən konfransın bölmə iclaslarında maraqlı məruzələr dinlənilib

599

AMEA Aşqarlar Kimyası İnstitutunda üzvi kimya, neft kimyası və neft emalı sahəsində görkəmli alim, keçmiş SSRİ-də sürtkü yağlarına, yanacaqlara və xüsusi mayelərə aşqarlar kimyasının əsasını qoyan kimyaçılardan biri, Əməkdar elm xadimi, Azərbaycan və iki dəfə SSRİ Dövlət mükafatı laureatı, AMEA Aşqarlar Kimyası İnstitutunun yaradıcısı və ilk direktoru, akademik Əli Quliyevin 110 illik yubileyinə həsr edilən “Müxtəlif təyinatlı üzvi maddələr və kompozision materiallar” mövzusunda respublika elmi konfransı öz işinə seksiya iclasları ilə davam etmişdir.

“Yağlara, yanacaqlara və xüsusi mayelərə aşqarlar, polimer materiallarına stabilizatorlar”, “Kompozision materiallar”, “Neft və qaz hasilatı və emalında istifadə olunan reagentlər”, “Aşqarların, reagentlərin və kompozision materialların sintezi və tətbiqinin ekoloji aspektləri”, “Zərif üzvi sintez və bioüzvi kimya” və “Kompüter kimyası” bölmələri üzrə keçirilən iclaslarda 150-ə yaxın plenar, şifahi və stend məruzələri dinlənilmiş, çıxışlar ətrafında geniş müzakirələr aparılmışdır.

 

PAYLAŞ