AMEA Aşqarlar Kimyası İnstitutunda koronavirusla bağlı profilaktik tədbirlər

1595

Çin Xalq Respublikasında yaranmış və sürətlə dünyanın bir sıra ölkələrində yayılmaqda olan koronavirusun ölkəmizdə yarad biləcəyi təhlükələrin qarşısını almaq məqsədilə  və AMEA-nin prezidenti akademik Ramiz Mehdiyevin  11 mart 2020-ci il tarixli  104 nömrəli sərəncamı ilə əlaqədar olaraq AMEA Aşqarlar Kimyası İnstitutunda institutun rəhbər işçilərinin iştirakı ilə iclas keçirilmişdir. İnstitutun direktoru akademik Vaqif Fərzəliyevin 13 mart 2020-ci il 4 nömrəli sərəncamına əsasən institutun rəhbər işçilərinə koronavirusla bağlı bir sıra profilaktik tədbirlərin keçirilməsi tapşırılmışdır. Profilaktik tədbir kimi ciddi zərurət olmadığı halda kütləvi tədbirlərin keçirilməsinın məhdudlaşdırılması; işçilərin koronavirusun yayıldığı xarici ölkələrə ezamiyyətlərinin  məhdudlaşdırılması ;  institutun binasında müntəzəm olaraq  sanitar-dezinfeksiya işlərinin həyata keçirilməsi; təqaüd yaşlı işçilərin işə davamiyyətində güzəştli şərtlərin tətbiq edilməsi; qrip əlamətləri müşahidə olunan işçilərin işə davamiyyətinin məhdudlaşdırılması;  işçilərin yoluxma hallarını istisna etmək  məqsədilə güzəştli davamiyyət rejimi nin tətbiq edilməsi; institutun binasında qripə yoluxma hallarının müəyyənləşdirilməsinə imkan verən ilkin tibbi yoxlamaların tətbiq edilməsi  nəzərdə  tutulmuşdur.

Sərəncamın icrasına nəzarət  ümumi işlər üzrə direktor müavini Elman Zülfüqarova həvalə edilmişdir.

PAYLAŞ