Çin Xalq Respublikasında yaranmış və sürətlə dünyanın bir sıra ölkələrində yayılmaqda olan koronavirusun ölkəmizdə yarad biləcəyi təhlükələrin qarşısını almaq məqsədilə və AMEA-nin prezidenti akademik Ramiz Mehdiyevin 11 mart 2020-ci il tarixli 104 nömrəli sərəncamı ilə əlaqədar olaraq AMEA Aşqarlar Kimyası İnstitutunda institutun rəhbər işçilərinin iştirakı ilə iclas keçirilmişdir. İnstitutun direktoru akademik Vaqif Fərzəliyevin 13 mart 2020-ci il 4 nömrəli sərəncamına əsasən institutun rəhbər işçilərinə koronavirusla bağlı bir sıra profilaktik tədbirlərin keçirilməsi tapşırılmışdır. Profilaktik tədbir kimi ciddi zərurət olmadığı halda kütləvi tədbirlərin keçirilməsinın məhdudlaşdırılması; işçilərin koronavirusun yayıldığı xarici ölkələrə ezamiyyətlərinin məhdudlaşdırılması ; institutun binasında müntəzəm olaraq sanitar-dezinfeksiya işlərinin həyata keçirilməsi; təqaüd yaşlı işçilərin işə davamiyyətində güzəştli şərtlərin tətbiq edilməsi; qrip əlamətləri müşahidə olunan işçilərin işə davamiyyətinin məhdudlaşdırılması; işçilərin yoluxma hallarını istisna etmək məqsədilə güzəştli davamiyyət rejimi nin tətbiq edilməsi; institutun binasında qripə yoluxma hallarının müəyyənləşdirilməsinə imkan verən ilkin tibbi yoxlamaların tətbiq edilməsi nəzərdə tutulmuşdur.
Sərəncamın icrasına nəzarət ümumi işlər üzrə direktor müavini Elman Zülfüqarova həvalə edilmişdir.