AMEA Aşqarlar Kimyası İnstitutunda magistrantların yay imtahan sesiyası başa çatıb

1126

Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun “Üzvi kimya” ixtisası üzrə təhsil alan I kurs magistrantlarının yay imtahan sessiyası başa çatıb. İnstitutun Təhsil Şöbəsindən verilən məlumata görə 1 ay davam edən sessiyanın ikinci yarım ilində tədris olunan 7 fənn əsasında magistrantların yekun biliyi qiymətləndirilib. Həmin fənnlərdən 3-ü – fəlsəfə, psixologiya və pedaqogika mərkəzləşdirilmiş formada AMEA İnformasiya Texnologiyaları İnstitutunda yazılı imtahan formasında olub. Qalan 4 ixtisasla bağlı fənn (Zərif üzvi sintez II, Üzvi kimyanın nəzəri məsələləri, Fiziki-kimyəvi tədqiqat üsulları, Sterokimya) üzrə isə AKİ-nin özündə tədrisi həyata keçirən müəllimlər tərəfindən yekun qiymətləndirmə aparılıb.
Magistrantlar yay sessiyasının son imtahanını “Sterokimya” fənnindən 25 iyun 2019-cu il tarixində veriblər. Onlar bütün fənnlərdən keçirilən imtahanlarda yüksək qiymət almaqla sessiyanı müvəffəqiyyətlə başa vurublar.

PAYLAŞ