Azərbaycan Milli Elmlər Aakademiyası Aşqarlar Kimyası İnstitutunda dünya elmində ən müasir və aktual tədqiqatlardan sayılan “Molekulyar dokinq” mövzusunda elmi seminar keçirilib. Tədbirdə giriş nitqi ilə çıxış edən İnstitutun icraçı direktoru, k.e.d., dosent Əfsun Sucayev bildirdi ki, tədqiqatlar beynəlxalq əməkdaşlıq çərçivəsində Türkiyənin Sinop, Mərmərə və Bartin universitetlərindən olan aparıcı alimlərlə müştərək yerinə yetirilmişdir və bu elmi tədqiqatlar Azərbaycanda ilk dəfə aparılmaqla, fundamental nöqteyi nəzərdən çox mühüm nəticələrin əldə olunmasına səbəb olmuşdur. “Gənc tədqiqatçılarımızın apardıqları bu tədqiqatlardan alınan nəticələr çox nüfuzlu xarici jurnallarda məqalə şəklində dərc olunmuş və onlara qısa müddətdə çoxlu istinadlar edilmişdir”, deyə o fikirlərinə əlavə edib.
Sonra institutun kiçik elmi işçisi Mənsurə Hüseynovanın məruzəsi dinlənildi. O, laboratoriya şəraitində sintez etdiyi yeni inhibitorlar kimi – metal komplekslərin quruluşunun müfəssəl rentgen tədqiqatlarını aparmış, onların patoloji proseslərə qarşı enzim-izoenzim inhibitorların bioloji fəallıqları öyrənmişdir.
Sonra məruzə ətrafında geniş müzakirələr aparılmış, suallar cavablandırılmışdır.