AMEA Aşqarlar Kimyası İnstitutunda ümummilli lider Heydər Əliyevin 96 illik yubileyinə həsr olunan “Ən yaxşı elmi tədqiqat işi” müsabiqəsi keçiriləcək

2134

Azərbaycan Milli Elmlər Akademiyası akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə bu elmi müəssisənin gənc tədqiqatçıları olan gənc alim, doktorant, dissertant və magistrantlar arasında Ümummilli lider Heydər Əliyevin 96 illik yubileyinə həsr olunan “Ən yaxşı elmi tədqiqat işi” adlı müsabiqəsini elan edib. Şuranın sədri, dosent Əfsun Sucayevin məlumatına görə, 05 aprel-15 may 2019-cu il tarixlərini əhatə edən müsabiqə müddətində iştirakçılar son bir ildə apardıqları elmi tədqiqatların ən mühüm nəticələri ilə bağlı təqdimat hazırlayıb ekspertlər qarşısında məruzə edəcəklər.

Ekspert Komisiyasının yekun rəyi əsasında I, II və III yerlər üzrə qaliblər seçiləcək, onlara diplom və pul mükafatları təqdim olunacaq.

PAYLAŞ