Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunun (AKİ) aparıcı elmi işçi k.ü.f.d. Elbəy Babayevin xarici həmkarları ilə birgə müəllifliyi ilə dünyada məşhur olan “Web of Science” beynəlxalq elmi bazasına daxil olan “Springer” nəşriyatı sayılan “SN Applied Sciences” (Tətbiqi elmlər) adlı xarici jurnalda məqaləsi dərc edilib (https://link.springer.com/article/10.1007/s42452-022-04999-w).
İnstitutdan bildirilib ki, məqalə Cənubi Qafqaz ərazilərindən götürülən nümunələr əsasında pestisidlərlə işləmə və tullantıların idarə edilməsi ilə bağlı aparılan elmi tədqiqatlar və əldə olunan nəticələrdən bəhs edir.