AMEA Aşqarlar Kimyası İnstitutunun alimlərinin məqaləsi Q1 kateqoriyalı nüfuzlu xarici jurnalda dərc olunub

1605

Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunun alimləri – akademik Vaqif Fərzəliyev, k.e.d., dosent Əfsun Sucayev, doktorant Bəhruz Səfərov və magistrant Lalə Əliyevanın yeni bir elmi məqaləsi Amerika Birləşmiş Ştatlarına məxsus nüfuzlu  “Applied Organometallic Chemistry” jurnalında nəşr olunub. “N-əvəzlənmiş triazinan-2-tionların sintezi, xarakteristikası və bioloji qiymətləndirilməsi və kondensləşmə reaksiyasının nəzəri-eksperimental mexanizmi”  (https://onlinelibrary.wiley.com/doi/full/10.1002/aoc.5329) adlı məqalənın nəşr olunduğu jurnal dünyaca məşhur “WILEY” nəşriyyatına məxsusdur və 3,259 impakt faktora malikdir.  Sözügedən məqalə Türkiyənin Atatürk və Bartin universitetlərinin alimləri ilə beynəlxalq müştərək tədqiqatlar çərçivəsində yeni fizioloji fəal maddələrin sintezi, onların karmagoloji potensialının araşdırılmasına həsr olunmuşdur.

PAYLAŞ