AMEA Aşqarlar Kimyası İnstitutunun alimlərinin yeni monoqrafiyası çap olunub

516

Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunun baş direktoru akademik Vaqif Fərzəliyev və aparıcı elmi işçisi kimya üzrə fəlsəfə doktoru Sabir Babayevin birgə müəllifi olduğu monoqrafiya “Elm” nəşriyyatında çap olunub.

İnstitutun icraçı direktoru k.e.d., dosent Əfsun Sucayevin elmi redaktoru olduğu kitabda dördüzvlü heterotsiklik birləşmələr sinfinə mənsub olan tietanlar sahəsində tədqiqatların, o cümlədən müəlliflər tərəfindən aparılan tədqiqatların nəticələri ümumiləşmiş şəkildə verilmişdir. Tietanların alınma üsulları, onların müxtəlif kimyəvi reaksiyada çevrilmələri, bu reaksiyaların mexanizmləri araşdırılmışdır.

Nəfis tərtibatda hazırlanan kitabdan üzvi kimya sahəsində çalışan elmi işçilər, ali məktəb müəllimləri, doktorantlar, magistrantlar və digər kimyaçı mütəxəssislər faydalana bilər.

PAYLAŞ