Bakı Ali Neft Məktəbində (BANM) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Tələbə və Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransına yekun vurulub. Konfransda müxtəlif mövzularda məruzə edən gənc tədqiqatçıları elmi tədqiqatları qiymətləndirilərək diplom və sertifikatla təltif olunublar. Təltif edilənlər arasında AMEA Aşqarlar Kimyası İnstitutunun sabiq doktorantı, “Zərif üzvi sintez” laboratoriyasının elmi işçisi Kəmalə Əsgərova konfransın I dərəcəli diplomuna layiq görülüb.