AMEA Aşqarlar Kimyası İnstitutunun doktorantı Portuqaliyanın Lissabon Universitetində təcrübə keçəcək

544

Azərbaycan Milli Elmlər Akademiyası akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun doktorantı İbadulla Mahmudovun kimyanın sintez və kataliz sahəsində Avropanın qabaqcıl universitetlərindən biri olan Portuqaliyanın Lissabon Universitetinə altı aylıq təcrübəkeçməyə göndəriləcək. İnstitutdan verilən məlumata görə, doktorant İbadulla Mahmudov dissertasiya mövzusuna uyğun olaraq kompüter kimyasının müasir imkanlarından istifadə edərək zərif üzvi sintez üsulları ilə patoloji proseslərə qarşı fizioloji fəal maddələrin sintezi və tədqiqi istiqamətində elmi araşdırmalar aparırır. Alınan yeni fizioloji fəal maddələrin müxtəlif vasitələrlə tsiklləşməsindən əmələ gələn heterotsikllərin müasir fiziki-kimyəvi analiz cihazları ilə struktur təhlillərinə ehtiyac vardır. Ona görə doktortantın müasir fiki-kimyəvi cihazlarında məhsulun təmizlənməsi ilə bağlı əlavə təcrübi biliklərə, eyni zamanda sintez olunmuş yeni heterotsikllərin müasir analiz cihazları ilə struktur təhlilinə ehtiyac vardır. Bu metodlar Lissabon Universitetində geniş istifadə edilir.

Məlumatda bildirilir ki, doktorant ezamiyyət müddətində müasir, aktual kimyəvi tədqiqatlarda X-Ray, NMR, HR-MS, GC-MS cihazların istifadəsində təcrübə toplayacaq. “Nəzərə almaq lazımdır ki, bu metoldları sinerhetik şəkildə istifadə edərək struktur analizi edə biləcək mütəxəssislərin sayı təəssüf ki, nəinki AMEA-da, ölkəmizdə də azlıq təşkil edir. Ona görə də bu sahədə dünyanın aparıcı elm mərkəzlərində ixtisaslı mütəxəssis hazırlığı və qazanılmış bilik-bacarığın ölkəmizə gətirilməsi mühüm əhəmiyyətə malikdir”, deyə məlumatda qeyd edilir.

 

PAYLAŞ