Almaniyanın Marburq Universiteti, EurJOC və “ChemBioChem” beynəlxalq kimya elmi cəmiyyətlərinin birgə təşkilatçılığı ilə 15-ci Alman Peptid simpoziumu keçirilmişdir. Zoom platforması üzərindən onlayn keçirilən konfransda dünyanın 20-ə yaxın ölkəsindən aparıcı elm mərkəzlərinin alimləri peptidlərin sintezi, onların nanostrukturlarının müasir fiziki-kimyəvi metodlarla tədqiqi və sair müasir və aktual mövzularda məruzələr etmişlər. Tədbirdə iştirak edən AMEA Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru, dosent Əfsun Sucayev “Patoloji hallara qarşı daha təsirli bioloji aktiv maddələrin sintezi, kimyəvi modifikasiyası, molekulyar dokinqi, bioloji fəallığının kompüter tədqiqi və tətbiq sahələrinin müəyyənləşdirilməsi” mövzusunda təqdimatla çıxış etmişdir.
Məlumat üçün qeyd edən ki, bu tədqiqatlar İnstitutun AR Prezidenti yanında Elmin İnkişafı Fondunun Elmi-tədqiqat layihələri üzrə əsas qrant müsabiqəsində (EİF-ETL-2020-2(36)) qalib layihə çərçivəsində yerinə yetirilmişdir.