AMEA Aşqarlar Kimyası İnstitutunun gənc aliminin doktorluq dissertasiyasının müdafiəsi keçirilib

2170

25 sentyabr 2018-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, “Aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları” laboratoriyasının müdir əvəzi, kimya üzrə fəlsəfə doktoru, dosent Əfsun Rəzzaq oğlu Sucayevin “2306.01 – Üzvi kimya” ixtisasında elmlər doktoru elmi dərəcəsi almaq üçün tamamladığı dissertasiyanın müdafiəsi keçirilmişdir. Bakı Dövlət Universitetinin nəzdindəki D 02.011 Dissertasiya Şurasının iclasında uğurla müdafiə olunan elmi işin mövzusu “Üçkomponentli kondensləşmə reaksiyaları əsasında aminospirtlərin tsiklik tiokarbamid törəmələrinin sintezi və çevrilmələri” kimi adlanırdı.  Mövzunun elmi məsləhətçiləri kimya sahəsində Azərbaycanın və dünyanın nüfuzlu alimləri sırasında adı çəkilən, AMEA-nın Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifəsini icra edən akademik Vaqif Fərzəliyev və mərhum professor Mirzə Allahverdiyev olmuşdur.

Azərbaycanın ən perspektivli gənc alimlərindən sayılan iddiaçı Əfsun Sucayevin mövzu ilə əlaqədar əldə etdiyi və analoqu olmayan elmi yenilikləri, sintez etdiyi yeni maddələr zərif üzvi kimya və tibb sahəsində qlobal əhəmiyyətli və dünyanın müasir elmi prioritetləri sırasında xüsususi aktuallığı seçilən elmi-tətbiqi xarakterli, fundamental nəzəri məsələlərin inteqrativ həllini ehtiva edir.  Belə ki,  alimin uzunmüddətli və məhsuldar elmi fəaliyyəti nəticəsində əvvəllər elmə məlum olmayan, dünya və yerli tədqiqatçılar tərəfindən birmənalı şəkildə tamamilə yeni kimyəvi birləşmələr qismində qəbul edilən antioksidantlar, fizioloji fəal maddələr və bakterisidlər dərman preparatları kimi bir sıra xroniki və müalicəsi mümkün sayılmayan xəstəliklərə qarşı müalicəvi təyinatlara malik olmaqla, geniş tətbiq imkanlarına görə  dünyada zərif üzvi kimyanın inkişafına təkan verə biləcək potensiala qadırdir. Dünyanın aparıcı elmi mərkəzləri və nüfuzlu alimləri ilə yaxşı əlaqələr quran, bir sıra nüfuzlu əcnəbi həmkarları ilə birgə elmi tədqiqatlarını yerinə-yetirən, xüsusi istedadı ilə həmişə fərqlənən gənc alim tərəfindən ilk dəfə sintez olunan maddələrin canlı orqanizmlərdə antioksidant aktivliyi, inhibitor kimi təsir xüsusiyyətləri İtaliyanın Florensiya və Türkiyənin Atatürk Universitetlərində analiz olunmuş və yüksək təsirə malik olmaları təsdiq edilmişdir. Əfsun Sucayevin  ilkin nəticələrinə görə, adları sadalanan yeni maddələri bədxassəli şişlərə (xərçəngə), mədə traktına, tənəffüs yollarının iltihabına və Alzheimer xəstəliyinə səbəb olan patoloji proseslərə qarşı standart dərman kimi tətbiq olunan tokoferol və α-troloksa nisbətən 10 dəfə yüksək təsirə malikdir.

Dissertasiya işinin müəllifi kimi Ə.Sucayevin mövzusu üzrə 45 elmi əsər – 1 monoqrafiya, 1 Azərbaycan Respublikasının Patenti, 28 məqalə, 15 tezis şəklində dərc  edilmişdir. Əsərlərin 10-u «Tomson Reuters» Agentliyinin “Web of Knowledge” axtarış sistemində referatlaşdırılmış, kimya sahəsində xüsusi nüfuza malik ABŞ-ın, Avropanın yüksək impakt faktorlu jurnallarında çap olunmuşdur.

Onun elmi əsərləri beynəlxalq elmimetrik bazalarda istinadlarının sayına görə kimya sahəsində AMEA-da, o cümlədən Azərbaycanda ən öncüllərdəndir.

2016-cı ildən başlayaraq Aşqarlar Kimyası İnstitutunda magistrlərə “Zərif üzvi sintez” fənni üzrə mühazirə və laboratoriya dərslərini tədris edən gənc alim gələcəyin alimlərəinin diplom işlərinə də elmi rəhbərlik etməklə, məşğul olduğu elmi istiqamətin Azərbaycanda müasir elmin tələblərinə adekvat inkişaf etməsinə də xüsusi töhfə verir. Yaşının az olmasına baxmayaraq, Əfsun Sucayev kard hazırlığı üzrə beynəlxalq təcrübəyə malikdir. Bu sahədə onun çoxsaylı alimlərimiz üçün əlçatmaz hesab edilən konkret nəticəsi də vardır. Belə ki, Türkiyənin İzmir şəhərində keçirilən “OKSEF-2018” məktəblilərin beynəlxalq elmi ideya və layihə olimpiyadasında onun elmi rəhbərliyi ilə iştirak edən Bakı şəhəri Nizami rayonu 251 saylı orta məktəbin 10-cu sinif şagirdi Cavad Cəbrayılov dünyanın 38 ölkəsindən 120 nəfər iştirakçının 60 layihə ilə qatıldığı bu möhtəbər müsabiqədə bürünc medala layiq görülüb.

PAYLAŞ