AMEA Aşqarlar Kimyası İnstitutunun gənc tədqiqatçıları Türkiyədə beynəlxalq konfransda məruzə ediblər

1804

31 oktyabr – 3 noyabr 2019-cu il tarixlərində Türkiyənin Antalya şəhərində keçirilmiş “2nd İnternational Environmental Chemistry Congress” adlı beynəlxalq konfrans keçirilib. Bu nüfuzlu elmi tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasını gənc tədqiqatçılar olaraq Aşqarlar Kimyası İnstitutunun elmi işçiləri Səbiyə Osmanova və Günay İsmayılova iştirak etmişlər.

Gənc tədqiqatçılar “Antimicrobial Properties of some Amidies of 1,1- bis-(carboxymethylthio)-1-pyenylethane” və “Synthesis of new compounds bis(2,2-dialkyl-1,3-dioxolan-4-ilmethyl-sulphides)on the basis of ecologically pure glycerin derivatives” adlı məruzələrlə çıxış etmiş, sertifikata layiq görülmüşlər.

 

                 

PAYLAŞ