Azərbaycan Milli Elmlər Akademiyası akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Həmkarlar İttifaqı Komitəsi bu elmi müəssisənin sosial və ictimai həyatında xüsusi rol oynayır. Komitə öz işini hər il əvvəldən qəbul edilən illik Fəaliyyət Planı əsasında qurur. 2020-ci ildə Komitə İnstitutun digər ictimai qurumları (YAP İlk Ərazi Təşkilatı, Gənc Alim və Mütəxəssislər Şurası, Qadınlar və Veteranlar Şurası) ilə birgə 2020-2025-ci illər üzrə fəaliyyət planı hazırlayıb, ona müvafiq olaraq tədbirlər keçirir. Belə ki, 4 qurumun birgə təşkilatçılığı ilə 2020-ci ildə ənənəvi olaraq 20 Yanvar, Xocalı soyqırımı və 31 Mart soyqırımı günləri institutda qeyd edilmişdir.
COVİD-19 pandemiyası yeni yayılmağa başlayanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq AMEA Prezidentinin sərəncamına əsasən institutda maarifləndirici tədbirlər həyata keçirilmişdir. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin epidemioloqları Rəna Yusifi və Donara Quliyeva koronavirus və ondan qorunma yolları haqqında əməkdaşlara geniş məlumat vermişdirlər.
Komitə İnstitut əməkdaşlarının sosial-iqtisadi problemlərinin həllində də yaxından iştirak edir. Aztəminatlı ailələrə, əmək və müharibə veteranlarına mütəmadi olaraq maddi yardımlar verilir. Belə pandemiya dövründə 40 aztəminatlı əməkdaşa 2000 AZN məbləğində maddi yardım edilmişdir.
İnstitutda yubileyləri qeyd edilmiş 3 əməkdaşa təşəkkürnamə və 100 AZN pul mükafatı verilib, eyni zamanda 2 əməkdaşa Bilgəh sanatoriyasına göndəriş verilmişdir.
Bundan başqa Komitə pandemiya (karantin) dövründə İnstitut əməkdaşlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq növbəli qrafik əsasında iş rejiminin icrasına nəzarəti həyata keçirir.
İnstitutda qoruyucu tədbirlərə ciddi şəkildə əməl olunur. Belə ki, hər səhər işə gələn əməkdaşların temperaturunun ölçülməsi, qoryucu maska və dezinfeksiya vasitələrindən istifadə, eləcə də laboratoriyalarda sosial məsafənin saxlanılması vasitəsilə sağlamlığın qorunması təmin edilir.
AMEA Aşqarlar Kimyası İnstitutu Həmkarlar İttifaqı
Komitəsinin sədri, k.ü.f.d., dosent Elxan İsakov