AMEA Aşqarlar Kimyası İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. Karantin rejiminin tələblərinə uyğun şəkildə baş tutan tədbirdə çıxış edən İnstitutun elmi işlər üzrə direktor müavini, k.e.d., dosent Əfsun Sucayev qeyd etdi ki, aprelin 15-dən sonra rəhbərlik hər bir laboratoriyanın əməkdaşları ilə ayrıca görüşlər keçirəcək, hər bir elmi işçinin illik fəaliyyət planına uyğun gördükləri fərdi işlər təhlil olunacaq. Məqsəd prioritet istiqamətlərə uyğun olaraq laboratoriyaların fəallığının artırılması, elmi işçilərin elmi işlərə təşviq edilməsidir.
Gündəlikdə duran məsələlər haqqında məlumat verən Ə.Sucayev bildirdi ki, bu il fəlsəfə doktoru hazırlığı üzrə əyani doktoranturaya “Üzvi kimya” ixtisası üzrə Əliyeva Lalə Namid qızı, “Neft kimya” ixtisası üzrə Əlişanbəyli Günay “Xarici dil”, “Fəlsəfə” və “İxtisas” fənnlərindən imtahan verərək, məqbul nəticə gösətərərək qəbul olunmuşlar. Elmi Şura üzvlərinin səsverməsi ilə hər iki doktorantın dissertasiya mövzusu və elmi rəhbərləri təsdiqləndi.
Sonra Elmi Şuranın strukturuna bəzi dəyişikliklərin olunması və yeni üzvlərin daxil edilməsi məsələsi də müzakirə edilib qəbul olundu.
İnstitutun elmi katibi, k.ü.f.d. Mehparə Səfərova, laboratoriya müdirləri – tex.e.d., professor Həqiqət Cavadova, k.e.d., professor Pərvin Məmmədova, k.ü.f.d., dosent Elxan İsakov, baş elmi işçi tex.e.d., dosent Elmira Nağıyeva və digərləri gündəlikdə müzakirə olunan məsələlər haqqında öz fikirlərini bildirdilər.