AMEA Aşqarlar Kimyası İnstitutunun II kurs magistrantları yekun dissertasiya işlərini müdafiə ediblər

985

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda və akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda təhsil alan II kurs magistrantlarının “Nanomateriallar kimyası”, “Ətraf mühit kimyası”, “Neft kimyası” və “Üzvi kimya” ixtisasları üzrə magistr dissertasiyalarının müdafiəsi keçirilib.

AMEA Aşqarlar Kimyası İnstitutunun “Üzvi kimya” ixtisası üzrə magistrantları – Gülgün Abdullayeva və Leyla Vahidzadə maraqlı təqdimatla çıxış etmiş, sualları ətraflı cavablandırıblar.

Müdafiədə Magistrlik dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış şuranın 9 üzvü, magistrantların elmi rəhbərləri iştirak ediblər. Müdafiədə AMEA Rəyasət Heyəti Aparatının Təhsil Şöbəsinin Magistratura sektorunun müdiri Ramin Həsənov da iştirak edib. Müdafiə uğurla başa çatmışdır.

PAYLAŞ