AMEA Aşqarlar Kimyasının alimlərinin polimer materiallarının yeni növ stabilizatorları ilə bağlı məqaləsi nüfuzlu xarici jurnalda dərc olunub

527

Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunun (AKİ) Baş direktoru akademik Vaqif Fərzəliyev, icraçı direktoru kimya elmləri doktoru, dosent Əfsun Sucayev, aparıcı elmi işçiləri k.ü.f.d. Tənzilə Akçurina, k.ü.f.d., dosent Xuraman Əfəndiyeva, k.ü.f.d. İradə Eyvazovanın apardıqları tədqiqatların nəticələrindən bəhs edən növbəti məqalə “Tətbiqi Neft -Kimya Tədqiqatları” (Applied Petrochemical Research) adlı impakt faktorlu, nüfuzlu xarici jurnalda dərc edilib (https://link.springer.com/article/10.1007/s13203-021-00281-z).

İnstitutdan bildirilib ki, məqalə polimer materiallarının yeni növ stabilizatorlarının yaradılmasına həsr edilmişdir.

Xatırladaq ki, dünyaca məşhur “Springer” nəşriyatının dərgisi olan “Applied Petrochemical Research” jurnalı “Web of Science” və “Scopus” beynəlxalq elmi bazalarına daxildir.

 

PAYLAŞ