AMEA-nın magistraturasını bitirən tələbələrin “Məzun günü” keçirilib

192

İyulun 7-də AMEA Rəyasət Heyətinin binasında 2022/2023-cü tədris ilində AMEA-nın magistraturasını bitirən tələbələrin “Məzun günü” keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov, AMEA-nın tabeliyində olan və əhatə etdiyi bir sıra müəssisələrin baş və icraçı direktorları, elmi katibləri, Təhsil şöbələrinin müdirləri, gənc alim və mütəxəssisləri, məzunlar iştirak ediblər.

Tədbirdə akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş direktoru akademik Vaqif Fərzəliyev gənclərə öz tövsiyələrini çatdırıb, gələcək həyatlarında uğurlar arzulayıb.

Bu il akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun magistrantı Hümbətzadə Aysel Namiq qızı magistratura təhsilinin başa vurub.

PAYLAŞ