Andorrada bir lisey şagirdi Lego-dan özü üçün bir protez əl düzəltdi. Gələcəkdə bu gənc fərdi ölçülər əsasında protezlər istehsal edən bir şirkət qurmağı planlaşdırır.
9 yaşında o, konstruktorun detallarından ilk prototipi yığmışdı, lakin onun texniki biliyi kifayət olmadığından cihaz işə yaramamışdı. İndi Devid, Lego dəstindən mindən çox detaldan ibarət işlək cihaz (Air Race Jet) yığa bilir.
Agilar deyir: “Bu, vertolyot idi. Mən onu hissələrə ayırdım və mənim çiynimə formaca uyğun olan əl düzəltdim. Çərçivə montaj edilərkən karkas daha möhkəm fiksə edilir və bu da ona yerindən tərpənməyə imkan vermir. Mən əlimi hərəkət etdirəndə, konstruktordan yığılmış əl sıxılır və açılır, belə ki yüngül əşyaları götürmək mümkün olur. Əvvəllər oyuncaq kimi istifadə etdiyim mənə arzularımı gerçəkləşdirməyə imkan verdi”.
https://hi-tech.mail.ru/news/v-andorre-shkolnik-sobral-sebe-protez-ruki-iz-lego/