“Android” sistemində vacib faylların yeni mühafizə üsulu hazırlanıb

1337

“Google” şirkəti “Android” əməliyyat sisteminin idarəetməsi altında işləyən smartfonlarda informasiyanın mühafizə edilməsi imkanlarını genişləndirib. İndi “Google Files”da “təhlükəsiz qovluq” adlı xüsusi funksiya istifadəyə verilib.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, yeni seçim vacib sənəd, təsvir və videoların saxlanıldığı qovluğa dördrəqəmli PİN kod quraşdırmağa imkan verir. İstifadəçi proqrama daxil olduqda hər dəfə kodu daxil etməlidir.

Hələ ki “təhlükəsiz qovluq” funksiyası “Google Files”in beta-versiyasında dəstəklənir. Sözügedən funksiya yaxın həftələrdə əksər istifadəçilər üçün əlçatan olacaq.

Emil Hüseynov

 

PAYLAŞ