“Apple” qurğularında standart proqramları dəyişmək mümkün olacaq

1497

“Apple” şirkəti istifadəçilərə “iPhone” və “iPad” qurğularında standart mobil proqramları dəyişməyə imkan yaradacaq. Bu barədə “Bloomberg” agentliyinin jurnalisti Mark Qurman məlumat verib.

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, onun sözlərinə görə, hazırda şirkət istifadəçilərə standart proqram kimi avtomatik işləyən kənar əlavələrin seçilməsi üçün icazənin verilməsi variantını nəzərdən keçirir. Məsələn, dəyişikliklər istifadəçilər tərəfindən digər əlavələrlə əvəzlənə bilənəcək “Safari” brauzerinə və “Mail” elektron poçtuna şamil ediləcək. Jurnalist qeyd edib ki, şirkətin hazırkı siyasəti rəqabətə ziyan vurur və nəzarətedici orqanlarda narahatlıq doğurur.

Bildirilir ki, “Apple” qurğularında, həmçinin kənar musiqi servislərindən istifadə üçün məhdudiyyətlərin aradan qaldırılması müzakirə olunur.

“Bloomberg” ekspertlərinin ehtimalına görə, məhdudiyyətlərin aradan qaldırılması məhsulların, xüsusilə “HomePod” “ağıllı” kolonkasının satışına müsbət təsir edəcək.

Ən optimistik proqnoza görə, “iPhone” və “iPad” qurğularına quraşdırılmış əlavələrin statusunu dəyişmək imkanı nümayişi iyunda baş tutacaq “iOS 14” əməliyyat sistemində mümkün olacaq. Agentliyin hesablamasına görə, sonuncu aktual əməliyyat sisteminə quraşdırılan əlavələrin sayı 38 təşkil edir.

Nizam Nuriyev

PAYLAŞ