“Apple” şirkətinin “AirTags” “ağıllı” cihazı xəritələrin köməyi ilə əşyaları tapmağa imkan verəcək

710

“Apple” şirkəti başqa əşyaları tapmağa kömək edəcək “AirTags” adlı ilk “ağıllı” cihazını təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, sözügedən qurğu qulaqlıqdan avtomobilədək istənilən əşyanı tapmağa imkan verir. Cihaz “Apple” qurğularına quraşdırılmış Lokator proqramı ilə birgə işləyir.

Şirkətin nümayəndəsi qurğunun məxfilik qaydalarına riayət edərək insanları izləməyəcəyinə vəd verib.

Qiyməti 29 dollar təşkil edəcək “AirTags” cihazı aprelin 23-də ABŞ-da satışa çıxarılacaq.

Emil Hüseynov

 

PAYLAŞ