Aşqarlar Kimyası İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib

100

AR Elm və Təhsil Nazirliyi akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu Elmi Şurasının 02 iyul 2024-cü il tarixlində növbəti iclası keçirilib.

AR Elm və Təhsil Nazirliyi akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda vakant olan laboratoriya müdiri vəzifəsinin tutulması üçün müsabiqə (Müsabiqə elanı İnstitutunun rəsmi internet saytında 21 may  2024-cü il və “Elm” qəzetinin 24 may 2024-cü il № 18 (1415) sayında yerləşdirilmişdir) ilə əlaqədar yaradılmış Müsabiqə Komissiyasının qərarına (02 iyul 2024-cü il, prot. № 7) əsasən aşağıdakı əməkdaş müsabiqəyə buraxılmışdır:

“Üzvi birləşmələrin və kompozisiyaların analizi və fiziki-kimyəvi tədqiqi” laboratoriyasındakı vakant olan laboratoriya müdiri vəzifəsi üzrə müsabiqəyə həmin laboratoriyanın böyük elmi işçişi kimya üzrə fəlsəfə doktoru Hüseynova Mənsurə Teyfur qızı;

AR Elm və Təhsil Nazirliyi akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu Elmi Şurasının 02 iyul 2024-cü il tarixli iclasında keçirilmiş müsabiqə nəticəsində “Üzvi birləşmələrin və kompozisiyaların analizi və fiziki-kimyəvi tədqiqi” laboratoriyasının böyük elmi işçişi kimya üzrə fəlsəfə doktoru Hüseynova Mənsurə Teyfur qızı həmin  laboratoriyaya müdir vəzifəsinə seçilmişdir.

 

 

 

PAYLAŞ