Aşqarlar Kimyası İnstitutu Həmkarlar Təşkilatının sədri, k.ü.f.d., dosent Elxan İsakov Fəxri Fərmanla təltif edilib

169

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Həmkarlar Təşkilatının sədri, “Müxtəlif funksiyalı polimer birləşmələr” laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent İsakov Elxan Urşan oğlu səmərəli elmi fəaliyyətinə, ictimai işlərdə xidmətlərinə görə və 65 illik yubileyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı tərəfindən Fəxri Fərmana layiq görülmüşdür.

E.İsakovun elmi fəaliyyətinin əsas istiqamətini vinil monomerlərinin oliqomerləri əsasında yuyucu-dispersedici oliqoalkilsuksinimid aşqarlarının alınması, heksen-1-i fenol iştirakı ilə birgə oliqomerləşdirmək və sonrakı kimyəvi çevrilmələrdən istifadə etməklə çoxfunksiyalı aşqarların işlənilməsi, bəzi vinil və allil monomerlərinin polimerləşməsi yolu ilə neft yağları və sintetik yağlar üçün özlülük indeksini artıran özlülük aşqarlarının alınması təşkil edir.

İnstitut kollektivi İsakov Elxan Urşan oğlunu təbrik edir və işlərində uğurlar arzulayır.

PAYLAŞ