Aşqarlar Kimyası İnstitutunda “Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası” qaydaları ilə tanışlıq

181

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar  Kimyası  İnstitutunda (AKİ) işlərin təhlükəsiz icrası, bədbəxt hadisələrin qarşısının alınması və təhlükəsiz iş şəraitinin təmin edilməsi, işçilərin sağlamlığının qorunması məqsədilə  təhlükəsizlik texnikası qaydaları ilə mütamadi olaraq, işçiləri tanış edirlər.

Bu məqsədlə institutun Təhlükəsizlik texnikası üzrə mühəndisi  R.Quliyev laboratoriyaları gəzib və institut əməkdaşlarının təhlükəsizliyinin təmin olunması ilə bağlı tədbirlər haqqında məlumat verib. Yanğına qarşı təbliğat apararaq, öz işçilərinə yanğın təhlükəsizliyi tədbirlərindən danışıb, bildirib ki, yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlərlə istifadə olunmasına yol verməmək lazımdır.

PAYLAŞ