Aşqarlar Kimyası İnstitutunda “27 sentyabr – Anım Günü” tədbiri keçirilib

22

25 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) Yeni Azərbaycan Partiyası (YAP) İlk Ərazi Təşkilatı, Azad Həmkarlar Təşkilatı və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə “27 sentyabr – Anım Günü”nə həsr olunan “Şəhidlər ölməz!” mövzusunda tədbir keçirilib.

Vətən Müharibəsində qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət himninin səsləndirilməsi ilə başlanılan tədbirdə çıxış edən baş direktor akademik Vaqif Fərzəliyev bildirib ki, 27 sentyabr müasir tariximizə qəhrəmanlıq və şərəfli gün kimi daxil olduğu üçün heç zaman xalqımızın yaddaşından silinməyəcək: “Bu gün biz həm şəhidlərimizi anırıq, həm də 44 günlük müharibənin qələbə hissini yaşayırıq. Ona görə ki, məhz bu gündə uzun illər işğal altında qalan torpaqlarımızın azad olunmasına başladıq və 44 gün müddətində qəhrəman oğullarımızın canı,qanı hesabına bu şərəfli missiyanı yerinə yetirdik, gələcək nəsillərə saxlamadıq”.

Tədbirdə institutun Azad Həmkarlar Təşkilatının  sədri k.ü.f.d. Elxan İsakov “Şəhidlər ölməz!” mövzusunda təqdimatla çıxış edib.

Çıxış edənlər Aşqarlar Kimyası İnstitutunun I Qarabağ müharibəsində ordumuzun strateji məhsullarla təmin olunmasında xüsusi xidmət göstərdiyini faktlarla qeyd ediblər.

PAYLAŞ