Aşqarlar Kimyası İnstitutunda 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan anım tədbiri keçirilib

198

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik  Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan anım tədbiri keçirilib.

Tədbir iştirakçıları soyqırım qurbanları və Vətən Müharibəsi qəhrəmanlarının xatirəsini  bir dəqiqəlik sükutla yad etdilər.

Anım  tədbirini giriş sözü ilə açan  İnstitutun Həmkarlar Təşkilatının sədri Elxan İsakov bildirib ki, erməni daşnaklarının bolşeviklərlə azərbaycanlılara qarşı keçirdiyi soyqırımdan 105 il ötür. Azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım düşünülmüş şəkildə genişmiqyaslı qanlı aksiya nəticəsində yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, minlərlə azərbaycanlını böyük qəddarlıqla qətlə yetirmişlər. Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırım və təcavüzü nəticəsində minlərlə insan elindən-obasından didərgin düşmüşdur.

Azərbaycanlılara qarşı keçirilən soyqırım siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Erməni daşnakları Şamaxı qəzasının 53 kəndində, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan və digər ərazilərdə azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər.

Anım tədbirində institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay İsmayılova 1918-ci ilin mart soyqırımının öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciə olması haqqında təqdimatla çıxış etdi və hazırladığı video çarxı nümayiş etdirdi. 

 

PAYLAŞ