Aşqarlar Kimyası İnstitutunda 8 noyabr – Zəfər Gününə həsr olunan tədbir keçirilib

69

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akad.Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda “8 noyabr – Zəfər Günü”nə həsr olan bayram tədbiri keçirilib.

Tədbir  dövlət himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Tədbirdə giriş nitqi ilə çıxış edən İnstitutun baş direktoru akademik Vaqif Fərzəliyev bildirib ki: “8 noyabr – Zəfər Günü işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi uğrunda 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan xalqı üçün böyük tarixi əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhərinin işğaldan azad edilməsi ilə başa çatdığı günüdür. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından azad edilməsi müharibənin taleyində həlledici rol oynamışdır. Biz qalib ölkənin qalib vətəndaşları olmağın qürurunu yaşayırıq. Bu şanlı tarix təkcə bizim üçün yox, gələcək nəsillər üçün də qürur mənbəyi olacaq”.

Sonra İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının gənc mütəxəssisi – Məcdi Nərgis 44 günlük Vətən müharibəsinə – Zəfər Gününə həsr olunmuş təqdimatla çıxış edib.

İnstitutun alimləri bu gününün tarixi əhəmiyyəti ilə bağlı öz fikirlərini bölüşüb və gənc nəsilə arzu və tövsiyələrini çatdırıblar.

 

PAYLAŞ