Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda 31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar olaraq, “Azərbaycan elminin daha da inkişafı naminə həmrəy olaq!” adlı tədbir keçirilib.
Tədbir Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə institutun elmi katibi, kimya üzrə fəlsəfə doktoru Mehparə Səfərova açaraq, Azərbaycan elminin inkişaf etdirilməsinə dövlət səviyyəsində göstərilən böyük qayğı, ölkədə alimin və elmin nüfuzunun yüksəldilməsindən, elmdə olan kəşflərdən, elm sahəsində fəaliyyət göstərən alim və mütəxəssislərin əldə etdikləri nailiyyətlərdən danışıb.
Daha sonra İnstitut Azad Həmkarlar Təşkilatının sədri, k.ü.f.d. Elxan İsakov 31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar olaraq, “Azərbaycan elminin daha da inkişafı naminə həmrəy olaq!” adlı təqdimatla çıxış edib.
Tədbirdə çıxış edən AKİ-nin elmi katibi, k.ü.f.d. Mehparə Səfərova, İnstitut Azad Həmkarlar Təşkilatının sədri, k.ü.f.d. Elxan İsakov, professor Pərvin Məmmədova, k.e.d., dosent Yulduz Ramazanova elm adamlarının bundan sonra həmrəy olub ölkəmizin elminin daha da inkişaf etməsi istiqamətində fikir və təkliflərini verdilər.