Aşqarlar Kimyası İnstitutunda AZSTAND/TK-34 Texniki Komitəsi növbəti görüş keçirib

105

06 may  2024-cü il tarixində “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) nəzdində yaradılan AZSTAND/TK 34 “Aşqarlar, sürtkü yağları, sürtkülər və xüsusi mayelər” Standartlaşdırma üzrə Texniki Komitənin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun Neft  kimya sənayesinin standartlaşdırılması şöbəsi arasında görüş keçirilib.

Komitənin sədri, İnstitutun baş direktoru, akademik Vaqif Fərzəliyev giriş nitqi ilə çıxış edərək qonaqları salamlayıb.

“Aşqarlar, sürtkü yağları, sürtkülər və xüsusi mayelər” standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK-34) 2024-cü il üzrə fəaliyyət planında nəzərdə tutulmuş Milli standartların işlənib hazırlanması, standartların autentik tərcüməsi, mövcud standartların təkmilləşdirilməsi, 9 dövlət standartının ildə bir dəfə dövri yoxlamadan keçirilməsi işlərinin aparılması və Avropa standartlarına inteqasiya olunması barədə söhbətlər aparılıb.

 

 

PAYLAŞ