Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Həmkarlar Təşkilatı Qurban bayramı münasibətilə institutun aztəminatlı əməkdaşlarına bayram sovqatı paylayıb.
İnstitut Həmkarlar Təşkilatının sədri, kimya üzrə fəlsəfə doktoru, dosent Elxan İsakov bu ənənənin davam edəcəyini qeyd edib.