Aşqarlar Kimyası İnstitutunda BDU-nun Kimya fakültəsinin və ADNSU-nun Kimya texnologiya fakültəsinin Kimya mühəndisliyi ixtisası üzrə IV kurs tələbələrinin təcrübəkeçməsi davam edir

29

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Kimya texnologiya fakültəsinin Kimya mühəndisliyi ixtisası üzrə IV kurs tələbələri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası  İnstitutunun (AKİ) müvafiq laboratoriyalarında istehsalat təcrübəsi keçirlər. Onlar institutun laboratoriyalarında cihaz və avadanlıqların iş prinsipləri, müasir fiziki-kimyəvi analiz üsulları ilə yaxından tanış olur, bəzi təcrübələrin aparılmasında yaxından iştirak edirlər. Bu da onların əldə etdikləri nəzəri bilik və bacarıqlarının təcrübi yolla möhkəmlənməsinə imkan verir.

Tələbələr “Müxtəlif funksiyalı polimer birləşmələr”  laboratoriyasında vinil monomerlərinin oliqomerləri əsasında yuyucu-dispersedici oliqoalkilsuksinimid aşqarlarının alınması, heksen-1-i fenol iştirakı ilə birgə oliqomerləşdirmək və sonrakı kimyəvi çevrilmələrdən istifadə etməklə çoxfunksiyalı aşqarların işlənilməsi prosesi ilə yaxından tanış olmuş və təcrübələrin aparılnmasında iştirak etmişlər.

Tələbələr həmçinin   “Zərif üzvi sintez” laboratoriyasında tərkibində nanoölçülü metal atomu və onların oksidləri olan plastik sürtkülərin alınması üzərində aparılan  geniş tədqiqatlarla tanış olmuşlar.

Məlumat üçün qeyd edək ki, tələbələrin istehsalat təcrübəsi 24 may 2024-cü il tarixinə qədər davam edəcək.

 

 

 

 

 

PAYLAŞ