Aşqarlar Kimyası İnstitutunda beynəlxalq reytinqlərdə iştirak mövzusunda seminar keçirilib

34

12 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşının iştirakı  ilə beynəlxalq reytinqlərdə iştirak mövzusunda təqdimat keçirilib.

Tədbir Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə beynəlxalq reytinqlərdə iştirakın əhəmiyyəti, təhsil sahəsində fəaliyyət göstərən  “Quacquarelli Symonds” (QS) beynəlxalq analitik agentliyinin dünyanın ən yaxşı universitetlərinin fənn reytinqlərini hazırlayarkən  hansı göstəricidən istifadə etməsi, akademik reputasiya, işəgötürənlər arasında reputasiya, bir nəşrə görə sitatların sayı, Hirsch indeksi və beynəlxalq elmi əməkdaşlıq indeksi və ümumilikdə metodologiyası müzakirə olunub.

Təqdimatı  ADNSU-dan layihələr üzrə meneceri Elmar Quliyev təqdim edib.Təqdimat zamanı beynəlxalq reytinqlərdə aktiv iştirakın elmi nailiyyətlərin tanınmasında, akademik mübadilələrin genişlənməsində və universitetlərarası əməkdaşlıqların artmasında mühüm rol oynadığı vurğulanıb. Həmçinin, belə görüşlərin gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsinə və elmi nailiyyətlərin inkişafına töhfə verəcəyi qeyd olunub.

Təqdimatla bağlı elmi katib, k.ü.f.d. M. Səfərova, professor P.Məmmədova, k.ü.f.d. C.Həmidova, k.ü.f.d. E.İsakov fikirlərini bildirib, rəy və təkliflərini səsləndiriblər.

PAYLAŞ