Bu gün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Elmi Şurasının geniş tərkibdə növbəti iclası keçirilib.
İclasda 2024/2025-ci illər üzrə doktorantura və dissertanturaya qəbul olunmuş namizədlərin təsdiqi məsələsi müzakirə olunub.
Qeyd olunub ki, Aşqarlar Kimyası İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə imtahanda “Neft kimyası” və “Üzvi kimya” ixtisası üzrə “Xarici dil” və “Fəlsəfə” imtahanlarını müvəffəqiyyətlə verərək, növbəti mərhələyə keçən 3 namizəd iştirak edib. Onlardan Rəhman Əli oğlu Həsrətli “Neft kimyası” ixtisası üzrə, Akim İsmətullah oğlu İsmayılov “Üzvi kimya” ixtisası üzrə doktoranturaya qəbul ediliblər.
İnstitutun dissertanturasına 1 yerə 2 nəfər ərizə ilə müraciət etsə də onlardan biri – kiçik elmi işçi Mirəli Elxan oğlu İsakovun institutun əməkdaşı olması və bu sahədə apardığı elmi işlər əsas götürülərək dissertanturaya o, qəbul edilib.
Müsabiqədə iştirak edən digər iddiaçılar üçün doktorantura və dissertanturaya əlavə yerlərin ayrılması üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciət edilib.
Elmlər doktoru hazırlığı üzrə doktoranturaya İnstitutun laboratoriya müdiri k.ü.f.d Mənsurə Teyfur qızı Hüseynova qəbul edilib.
Namizədlərin dissertasiya mövzusu və elmi rəhbərləri təsdiq edilib.