Aşqarlar Kimyası İnstitutunda doktoranturaya ixtisas fənnindən növbəti qəbul imtahanı keçirilib

22

Akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya ixtisas fənnindən növbəti qəbul imtahanı keçirilib.

İnstitutdan verilən məlumata görə, imtahanda “Üzvi kimya” ixtisası üzrə 3 namizəd iştirak edib. İmtahan komissiyasının sədri institutun baş direktoru, akademik Vaqif Fərzəliyev, üzvləri –  üzvləri – icraçı direktor, k.e.d., dosent Əfsun Sucayev, elmi katibi, k.ü.f.d. Mehparə Səfərova, “Korroziya inhibitorları” laboratoriyasının müdiri, k.ü.f.d. Vəli Kazımov və “Fizioloji fəal üzvi birləşmələr” laboratoriyasının aparıcı elmi işçisi, k.ü.f.d. Nəzər Nəzərov olub. Doxsan dəqiqə müddətində 50 test tapşırığını cavablandıran namizədlərin hər üçünün nəticəsi əla qiymətləndirilib.

PAYLAŞ