Aşqarlar Kimyası İnstitutunda Gənc Tədqiqatçılar Arasında “Ən Yaxşı Elmi Məruzə” Müsabiqəsi Keçirilib

3

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə, İnstitutun 60 illik yubileyinə və “Ümummilli Lider Heydər Əliyev – müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusuna həsr olunmuş tədbir çərçivəsində “Ən Yaxşı Elmi Məruzə” müsabiqəsi təşkil edilib. Bu cür tədbirlər gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunması, onların elmi potensialının üzə çıxarılması və elmi mühitdə fəallıqlarının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Müsabiqədə institutun gənc alimləri, doktorantlar, dissertantlar və magistrantlar iştirak edib. Təqdim olunan məruzələr dinlənilib və iştirakçılar tərəfindən aparılan elmi-tədqiqat işlərinin nəticələri müzakirə olunub, bir-birindən maraqlı məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qiymətləndirmə zamanı mövzunun aktuallığı və elmi yeniliyi, əldə edilən nəticələrin praktik əhəmiyyəti, məruzəçinin suallara cavabvermə bacarığı, mövzu üzrə dərc olunmuş elmi məqalə və materiallar əsas meyar kimi götürülmüşdür.

Münsiflər heyəti tərəfindən yüksək nəticələr göstərmiş iştirakçılar müəyyənləşdirilib. Bildirilib ki, bir həftə sonra I, II və III yerlərin qalibləri rəsmi olaraq elan ediləcək və onlar diplom və pul mükafatı ilə təltif olunacaqlar.

PAYLAŞ