AR ETN Aşqarlar Kimyası İnstitutunda gənc tədqiqatçılar “Elsevier” şirkətinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə tərəfdaşlığı çərçivəsində tədqiqatçılar üçün təşkil etdiyi vebinara qoşulublar.
Təlimçi “Elsevier”in rəsmi nümayəndəsi Saide Sak “Elmi yazıda və akademik nəşrdə Generativ Süni İntellekt (GenAI)” mövzusu üzrə məruzə edib.
Məruzə elmi yazı və nəşr kontekstində GenAI-ın potensial faydaları və əsas problemləri, “Elsevier”in müəlliflər, redaktorlar və rəyçilər üçün GenAI siyasətləri, tədqiqatçılar üçün “Elsevier”in GenAI əsaslı alətlərindən bəhs edib.