Aşqarlar Kimyası İnstitutunda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

23

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələri yerinə yetirmək məqsədilə 21 may 2025-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aşqarlar Kimyası İnstitutunda tədbir keçirilib.

Tədbir öncə Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə giriş sözü ilə  çıxış edən İnstitutun  icraçı direktoru  k.e.d., professor  Əfsun Sucayev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 dekabr tarixli 432 nömrəli Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib və 2025-ci il müasir Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30-cu  ildönümüdür: “Bu tarix heç də təsadüfü seçilməyib. Çünki dövlət başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində torpaqlarımızın işğaldan azad olunması həm möhtəşəm hərbi nailiyyət, həm də siyasi və diplomatik zəfər olmaqla Konstitusiyamızın ruhuna və məqsədlərinə uyğun şəkildə dövlətimizin tam suverenliyinin təmininə xidmət etmişdir”.

44 günlük Vətən müharibəsi və bir günlük antiterror əməliyyatında Azərbaycan Ordusunun Şanlı Zəfərini, dövlətimizin iqtisadi gücünün, hərbi potensialının və beynəlxalq aləmdə nüfuzunun artdığını, ölkəmizin hərtərəfli inkişafa nail olduğunu qeyd edən icraçı direktor hazırda ölkəmiz müstəqillik tarixinin ən yüksək inkişaf dövrünü yaşadığını bildirib.

Ə.Sucayev sonda  “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar maarifləndirici və təbliğat xarakterli bir sıra tədbirlərin keçiriləcəyini nəzərə çatdırıb.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay Mustafayeva Azərbaycan Respublikasının Konstitusiyasının yaranma tarixindən bəhs edən “Konstitusiyamızın tarixi” adlı təqdimatla çıxış edib.

Tədbirdə İnstitutun aparıcı alimləri suverenlik və ərazibütövlüyün dövlət atributu kimi əhəmiyyətindən danışıblar.

 

PAYLAŞ