Aşqarlar Kimyası İnstitutunda maarifləndirici seminar keçirilib

143

05 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda doktorant və dissertantlar  üçün maarifləndirmə seminarı keçirilib.

Giriş nitqi ilə seminarın gündəliyi haqqında məlumat verən İnstitutun elmi katibi k.ü.f.d., dosent Mehparə Səfərova bildirdi ki, gəncləri laboratoriyalarda aparılan tədqiqatların nəticələri ilə tanış etmək nöqteyi-nəzərdən belə seminarların böyük əhəmiyyəti var.

Sonra “Mühafizəedici üzvi birləşmələr” laboratoriyasının aparıcı elmi işçisi, k.ü.f.d. Leyla Şahgəldiyeva  “Sulfamid fraqmentli azometin törəmələrinin sintezi və  bioloji fəallığının tədqiqi” mövzusunda geniş təqdimatla çıxış edib.

N-əvəzolunmuş arilsulfamidlərin sintezinin yeni üsulları, EMMD-arilsulfamidlərinin N-alkilləşmə reaksiyası ilə sulfamid azotu yanında yüksək reaksiya qabiliyyətli metilenmalononitril qrupu saxlayan sulfamidlər alınması, AMD, 1,3-diketonlarla və doymamış ketonlarla yüksək çıxımla pirimidinsulfamidlər əmələ gəlməsi haqqında geniş məlumat verib və çoxsaylı sualları cavablandırıb.

PAYLAŞ