Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda «Molekulunda alkoksikarbonilmetilito (SCH2COOR) fraqmenti olan birləşmələr sürtkü yağlarina polifunksional aşqarlar kimi» mövzusunda maarifləndirici elmi seminar keçirilib.
Giriş nitqi ilə seminarın gündəliyi haqqında məlumat verən İnstitutun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayev bildirib ki, gənc alim və mütəxəssislərin bu mövzülarda maarifləndirilməsi onların elmə olan marağının artırılmasında həlledici amildir.
Sonra İnstitutun “Yanacaq kompozisiyaları” laboratoriyasının aparıcı elmi işçisi, k.e.d., professor Qasım Hüseynov mövzu üzrə geniş məruzə ilə çıxış edib.
Seminarda İnstitutda istehsalat təcrübəsi keçən tələbələr də iştirak ediblər.
Q.Hüseynov mövzu haqqında əməkdaşları maraqlandıran suallara cavab verib.