Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda “Neftdən sürtkü yağlarının alınma texnologiyası” mövzusunda seminar keçirilib.
Giriş nitqi ilə seminarın gündəliyi haqqında məlumat verən İnstitutun icraçı direktoru kimya elmləri doktoru, professor Əfsun Sucayev bildirib ki, gənc alim və mütəxəssislərin bu mövzülarda maarifləndirilməsi onların elmə olan marağının artırılmasında həlledici amildir.
Sonra İnstitutun “Zərif üzvi sintez” laboratoriyasının elmi işçisi Əliyev Eldar mövzu üzrə geniş məruzə ilə çıxış edib.
E.Əliyev mövzu ilə bağlı əməkdaşları maraqlandıran suallara cavab verib.