Aşqarlar Kimyası İnstitutunda maarifləndirici seminar keçirilib

2

13 mart 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda doktorant və dissertantlar  üçün maarifləndirmə seminarı keçirilib.

Giriş nitqi ilə seminarın gündəliyi haqqında məlumat verən İnstitutun elmi katibi k.ü.f.d., dosent Mehparə Səfərova bildirdi ki, gəncləri laboratoriyalarda aparılan tədqiqatların nəticələri ilə tanış etmək nöqteyi-nəzərdən belə seminarların böyük əhəmiyyəti var.

Sonra “Mühafizəedici üzvi birləşmələr” laboratoriyasının aparıcı elmi işçisi, k.ü.f.d. Leyla Şahgəldiyeva  “Pirazol əsaslı heterotsiklik birləşmələrin sintezi və  bioloji fəallığının tədqiqi” mövzusunda geniş təqdimatla çıxış edib.

Leyla Şahgəldiyeva heterotsiklik birləşmələrin maraqlı nümayəndələrindən olan pirazol törəmələrinin geniş tətbiq sahəsi olduğunu qeyd edib. Onların sintez və tədqiqindən, tibbdə bir çox dərman maddələrinin alınmasında istifadə olunması haqqında geniş məlumat verib və çoxsaylı sualları cavablandırıb.

Təqdimatla bağlı elmi katib, k.ü.f.d. Mehparə Səfərova, laboratoriya müdirləri, professor Pərvin Məmmədova və t.e.d., dosent Yulduz Ramazanova fikirlərini bildirib, rəy və təkliflərini səsləndiriblər.

PAYLAŞ