Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda “Yanğından mühafizə tədbirləri” ilə haqqında maarifləndirici dərs keçilib.
İnstitut Mülki Müdafiə Qərargah rəisi Hüseyn Dünyamalıyev və Təhlükəsizlik texnikası üzrə mühəndis Rafiq Quliyev institutda yanğınların başvermə səbəbləri və qarşısının alınması yolları, yanğın zamanı zəruri davranış qaydaları, o cümlədən təxliyə barədə ətraflı məlumat verib, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydalarını əyani şəkildə nümayiş etdiriblər.
Tədbirdə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları da iştirak ediblər.
Sonda mövzuya dair suallar cavablandırılıb.