Aşqarlar Kimyası İnstitutunda magistrantların qış imtahan sessiyası başa çatıb

239

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda magistrantların qış imtahan sessiyası başa çatıb.

İnstitutun Təhsil şöbəsindən verilən məlumata görə, 31 yanvar 2023-cü il tarixində magistrantlar imtahan sessiyasının sonuncu imtahanını veriblər. “Dərinləşdirilmiş üzvi kimya” ixtisas fənni üzrə keçirilən imtahanda I kurs magistrantları 5 sualı yazılı cavablandırıblar.

Qeyd olunub ki, magistrantlar qış imtahan sessiyasını 3 ixtisas və 3 qeyri-ixtisas fənləri üzrə tam müvəffəqiyyətlə başa vurublar.

 

PAYLAŞ