Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda təhsil alan I kurs magistrantların 2022/2023-cü tədris ili üzrə qış imtahan sessiyası başlayıb. İnstitutun Təhsil şöbəsindən verilən məlumata görə, qış imtahan sessiyası 2023-cü il yanvar ayının 5-dən 2023-cü il yanvar ayının 31-dək davam edəcək.
Məlumatda qeyd edilir ki ki, institutda hazırda I kursda “Üzvi kimya” ixtisası üzrə 3 nəfər, II kursda “Neft kimyası” ixtisası üzrə 1 magistr təhsil alır. I kurs magistrantlar ixtisasa aid 6 fəndən imtahan verəcəklər. İlk imtahan “Dərman maddələrinin kimyası” fənni üzrə keçirilib. Hər biri 5 sualı yazılı formada cavablandıran magistrantların biliyi yüksək qiymətləndirilib.